https://news.day.az/azerinews/1364533.html Dünya çempionumuz Tokio-2020-yə qələbə ilə başlayıb Tokio-2020 Yay Olimpiya Oyunlarında boks yarışları davam edir. Azərbaycan millisinin boksçusu Cavid Çələbiyev Yaponiya paytaxtında ilk qarşılaşmasına çıxıb.

Dünya çempionumuz Tokio-2020-yə qələbə ilə başlayıb

Azərbaycanca, 25 июля 2021 09:05 (UTC +04:00) 568
Dünya çempionumuz Tokio-2020-yə qələbə ilə başlayıb

Tokio-2020 Yay Olimpiya Oyunlarında boks yarışları davam edir. Azərbaycan millisinin boksçusu Cavid Çələbiyev Yaponiya paytaxtında ilk qarşılaşmasına çıxıb.

Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, 63 kq çəkidə mübarizə aparan dünya çempionumuz "Ryoqoku Kokuqikan" İdman Sarayında keçirilən yarışın 1/16 final çərçivəsində Yaroslav Hartsizlə (Ukrayna) döyüşüb. Görüş təmsilçimizin 5:0 (29:28, 30:27, 30:27, 30:27, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb.

Çələbiyev 1/8 finalda ermənistanlı Ovannes Baçkovla üz-üzə gələcək. Döyüş iyulun 31-də, Bakı vaxtı ilə saat 07:36-da başlayacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости