https://news.day.az/azerinews/1753176.html İstiliyin verilmə vaxtı dəyişdirilə bilər "Dağətəyi və aran rayonlarında istilik mövsümü tənzimlənəcək". Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu "Azəristiliktəchizat" ASC-nin sədri İlham Mirzəliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında "İstilik təchizatı haqqında" Qanun layihəsinin müzakirəsi zamanı bildirib.

İstiliyin verilmə vaxtı dəyişdirilə bilər

Azərbaycanca, 16 мая 2025 13:59 (UTC +04:00) 426
İstiliyin verilmə vaxtı dəyişdirilə bilər

"Dağətəyi və aran rayonlarında istilik mövsümü tənzimlənəcək".

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu "Azəristiliktəchizat" ASC-nin sədri İlham Mirzəliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında "İstilik təchizatı haqqında" Qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"İstilik mövsümünün müddəti ilə bağlı deyə bilərik ki, artıq bu barədə Nazirlər Kabineti və Ekologiya Nazirliyi ilə birlikdə bizim işçi qrup yaradılıb.

Daxil olan bütün müraciətləri əsas götürərək, biz bu sahədə işləyirik. Hazırda ölkənin iqlim şəraiti coğrafi ərazilər üzrə qiymətləndirilməkdədir. Bu qiymətləndirmədən aslı olaraq daha soyuq dağətəyi və aran rayonlarında istilik mövsümünün müddətləri tənzimlənəcək. Bunun qanuna əlavə edilməsi problem doğurmur", - deyə sədr bildirib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости