Bakının bəzi küçə və prospektlərində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin NƏZƏRİNƏ
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 14-16 iyun 2025-ci il tarixlərində şəhərin müxtəlif ərazilərində yol təmir işləri aparılacaq.
Bu barədə Day.Az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilir ki, təmir işləri aşağıdakı ünvanlarda aparılacaq:
Səbail rayonu - Badamdar şosesi, Binəqədi rayonu - Mehdiabad-Binəqədi-Balaxanı yolunun kəsişməsi, Nərimanov rayonu - Ziya Bünyadov prospekti Ə.Salamzadə küçəsindən Azadlıq prospekti istiqamətinə Çingizxan mərasim evinin yanı, yan yol, Xətai rayonu - Babək prospekti 92 nömrəli ünvanda, yan yol və maşın bazarının yaxınlığı, Yasamal rayonu - Ə.Haqverdiyev küçəsi, H.Cavid prospektindən Ş.Mehdiyev küçəsinədək, Nizami rayonu - R.Rüstəmov və E.Süleymanov küçələrinin kəsişməsi.
Təmir işləri ilə əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaqdır.Xahiş edirik, hərəkətinizi əvvəlcədən planlayasınız və təmir işləri aparılan ərzilərdə müvəqqəti dəyişiklikləri nəzərə alasınız.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре