https://news.day.az/azerinews/1763016.html Nişan mərasimində DAVA - 3 nəfər SAXLANILDI - VİDEO Nişan mərasimində mübahisə küçədə əlbəyaxa davaya çevirilib. Day.Az Xəzər TV-yə istinadən bildirir ki, hadisə gecə Bakıda Nizami rayonunda baş verib. Mikayıl Əliyev küçəsindəki restoranlardan birində keçirilən nişan mərasimində hələki bilinməyən səbəbdən iki nəfər arasında mübahisə yaranıb. Daha sonra mübahisə küçədə davaya səbəb olub.

Nişan mərasimində DAVA - 3 nəfər SAXLANILDI - VİDEO

Azərbaycanca, 24 июня 2025 09:26 (UTC +04:00) 637
Nişan mərasimində DAVA

Nişan mərasimində mübahisə küçədə əlbəyaxa davaya çevirilib.

Day.Az Xəzər TV-yə istinadən bildirir ki, hadisə gecə Bakıda Nizami rayonunda baş verib.

Mikayıl Əliyev küçəsindəki restoranlardan birində keçirilən nişan mərasimində hələki bilinməyən səbəbdən iki nəfər arasında mübahisə yaranıb. Daha sonra mübahisə küçədə davaya səbəb olub. 

Hadisə nəticəsində restoranın qarşısında nəqliyyatın hərəkəti iflic olub. Polis əməkdaşları dərhal əraziyə cəlb olunub, insidentin qarşısını alıblar. 

Əldə etdiyimiz məlumata görə, şadlıq evinin yaxınlığında dava edən 30, 37 və 41 yaşlarında olan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb ediliblər. Onların hər biri barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbir görülüb.

Daha ətraflı videomaterialı təqdim edirik. 

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости