https://news.day.az/azerinews/1825518.html Bu halda şagirdlər məktəbə telefon gətirə bilər Dərs zamanı ağıllı saatlar, telefonlar və digər elektron cihazların məktəbə gətirilməsi və istifadəsi qadağandır. Day.Az-ın Milli.Az-a istinadən verdiyi xəbərə görə, qanunvericiliyə əsasən, şagirdlər yalnız iki halda bu cür cihazları məktəbə gətirə bilərlər.

Bu halda şagirdlər məktəbə telefon gətirə bilər

Azərbaycanca, 2 апреля 2026 14:37 (UTC +04:00) 322
Bu halda şagirdlər məktəbə telefon gətirə bilər

Dərs zamanı ağıllı saatlar, telefonlar və digər elektron cihazların məktəbə gətirilməsi və istifadəsi qadağandır.

Day.Az-ın Milli.Az-a istinadən verdiyi xəbərə görə, qanunvericiliyə əsasən, şagirdlər yalnız iki halda bu cür cihazları məktəbə gətirə bilərlər.

Birinci halda müəllimlər şagirdlərin şəxsi cihazlarından istifadə edəcəkləri dərs planlaşdırırsa, o zaman bunu ailələrə öncədən yazılı şəkildə bildirməli və cihazların təhlükəsiz şəraitdə saxlanılmasını təşkil etməlidir.

İkinci halda isə valideyn və ya qanuni nümayəndə övladına təhlükəsizlik məqsədilə (məktəbə gedib-gələrkən əlaqə saxlamaq üçün) elektron cihaz verərsə, bu zaman məktəb həmin cihazların dərs gününün sonuna qədər təhlükəsiz şəraitdə saxlanmasını təmin etməlidir. Dərs müddətində elektron cihazlar şagirdlərə verilməməlidir. 

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости