https://news.day.az/azerinews/1849788.html 2 yaşlı uşaq hamını təəccübləndirdi - Maşını tək başına hərəkət etdirdi - VİDEO Sosial şəbəkələrdə yayılan görüntülər qısa müddətdə böyük marağa səbəb olub. Day.Az xəbər verir ki, kadrlarda təxminən 2 yaş yarımlıq (2 yaş 6 aylıq) azyaşlının fiziki gücü diqqət çəkir. Belə ki, uşaq neytral vəziyyətdə olan, el arasında "çeşka" kimi tanınan "Mercedes" markalı avtomobili arxadan itələyərək hərəkətə gətirməyi bacarıb.

2 yaşlı uşaq hamını təəccübləndirdi - Maşını tək başına hərəkət etdirdi - VİDEO

Azərbaycanca, 23 июля 2026 15:54 (UTC +04:00) 236
2 yaşlı uşaq hamını təəccübləndirdi

Sosial şəbəkələrdə yayılan görüntülər qısa müddətdə böyük marağa səbəb olub.

Day.Az xəbər verir ki, kadrlarda təxminən 2 yaş yarımlıq (2 yaş 6 aylıq) azyaşlının fiziki gücü diqqət çəkir. Belə ki, uşaq neytral vəziyyətdə olan, el arasında "çeşka" kimi tanınan "Mercedes" markalı avtomobili arxadan itələyərək hərəkətə gətirməyi bacarıb.

Azyaşlının bu görüntüləri sosial media istifadəçiləri arasında geniş müzakirələrə səbəb olub. İzləyicilər bunu uşağın qeyri-adi gücü kimi qiymətləndiriblər. 

Qısa müddətdə minlərlə baxış toplayan video izləyicilərin marağına səbəb olub və müxtəlif platformalarda sürətlə yayılıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости