https://news.day.az/azerinews/1852656.html Tiktoker Melisa hava limanında saxlanıldı Sosial şəbəkədə ictimai mənəviyyata zidd ifadələr işlədən daha bir tiktoker barəsində inzibati tədbir görülüb. Day.Az Lent.az-a istinadən xəbər verir ki, 25 yaşlı Melisa Əhmədova (şərti ad) "TikTok" platformasındakı "melisa_591" hesabında açdığı canlı yayım zamanı nalayiq ifadələr səsləndirib.

Tiktoker Melisa hava limanında saxlanıldı

Azərbaycanca, 7 августа 2026 16:11 (UTC +04:00) 167
Tiktoker Melisa hava limanında saxlanıldı

Sosial şəbəkədə ictimai mənəviyyata zidd ifadələr işlədən daha bir tiktoker barəsində inzibati tədbir görülüb.

Day.Az Lent.az-a istinadən xəbər verir ki, 25 yaşlı Melisa Əhmədova (şərti ad) "TikTok" platformasındakı "melisa_591" hesabında açdığı canlı yayım zamanı nalayiq ifadələr səsləndirib.

Bildirilib ki, onun bu hərəkətləri ictimai mənəviyyata zidd və cəmiyyətə açıq hörmətsizlik kimi qiymətləndirilib.

Tiktoker polis əməkdaşları tərəfindən hava limanında saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə inzibati protokol tərtib olunub.

Məhkəmənin qərarı ilə Melisa Əhmədovaya 600 manat məbləğində inzibati cərimə verilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости