https://news.day.az/azerinews/1853092.html Hindistanda minlərlə insan işə qəbul üzrə imtahanlara etiraz edir Hindistanın Carkhand ştatında işə qəbul imtahanlarının keçirilməsi qaydasına etiraz olaraq minlərlə insan küçələrə axışıb. Əsasən məzunlardan ibarət etirazçılar ştatın qanunverici orqanının yerləşdiyi binaya yürüş etməyə çalışıblar.

Hindistanda minlərlə insan işə qəbul üzrə imtahanlara etiraz edir

Azərbaycanca, 10 августа 2026 15:17 (UTC +04:00) 176
Hindistanda minlərlə insan işə qəbul üzrə imtahanlara etiraz edir

Hindistanın Carkhand ştatında işə qəbul imtahanlarının keçirilməsi qaydasına etiraz olaraq minlərlə insan küçələrə axışıb. Əsasən məzunlardan ibarət etirazçılar ştatın qanunverici orqanının yerləşdiyi binaya yürüş etməyə çalışıblar.

Hindistan KİV-lərinin məlumatına görə, çevik polis qüvvələri yürüşün qarşısını almaq məqsədilə etirazçılara qarşı su şırnaqlarından istifadə edib.

Carkhandda tələbələr bir neçə həftədir imtahanlarda yol verildiyi iddia olunan "pozuntulara" etiraz edirlər. Etirazçılardan bir neçəsi hazırda aclıq aksiyası keçirir.

 

Baş nazir Narendra Modinin rəhbərlik etdiyi hökumətə müxalif mövqe tutan regional partiyanın idarə etdiyi ştat hökuməti tələbə qrupları ilə bir neçə raund danışıqlar aparıb. Lakin etirazçılar araşdırmanın federal qurum tərəfindən aparılmasını tələb edirlər.

Hökumət bildirib ki, etirazçıların tələblərinin 98 faizini qəbul edib.

Tələbələrin və işə qəbul olunmaq istəyən şəxslərin əsas tələblərindən biri ştatın işə qəbul qurumlarında islahatların aparılmasıdır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости