https://news.day.az/azerinews/1854489.html Gürcüstanda azərbaycandilli müəllimlər üçün təlim proqramı hazırlanıb Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərin ibtidai sinif müəllimləri üçün təlim proqramı hazırlanıb. Day.Az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Gürcüstanda azərbaycandilli müəllimlər üçün təlim proqramı hazırlanıb

Azərbaycanca, 17 августа 2026 17:18 (UTC +04:00) 173
Gürcüstanda azərbaycandilli müəllimlər üçün təlim proqramı hazırlanıb

Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərin ibtidai sinif müəllimləri üçün təlim proqramı hazırlanıb.

Day.Az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, proqram Azərbaycan və Gürcüstan arasında hökumətlərarası əməkdaşlıq çərçivəsində əldə edilmiş razılaşmaya əsasən Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) və Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin tabeliyində fəaliyyət göstərən LEPL - Müəllimlərin Peşəkar İnkişafı üzrə Milli Mərkəzi (TPDC) tərəfindən hazırlanıb.

 

"Cari ilin 17-24 avqust tarixlərində təlim proqramında və kurslarda iştirak etmək istəyən azərbaycandilli ibtidai sinif müəllimləri aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://tinyurl.com/5ysptat3", - deyə məlumatda qeyd edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости