https://news.day.az/azerinews/1854955.html Yeddi ayda Hindistan Azərbaycandan 376 milyon dollarlıq neft alıb Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Hindistana 376,1 milyon ABŞ dolları dəyərində 491,2 min ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac olunub. Day.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında bildirilib. Ötən ilin eyni dövründə Azərbaycandan Hindistana neft ixracı qeydə alınmayıb.

Yeddi ayda Hindistan Azərbaycandan 376 milyon dollarlıq neft alıb

Azərbaycanca, 19 августа 2026 20:38 (UTC +04:00) 107
Yeddi ayda Hindistan Azərbaycandan 376 milyon dollarlıq neft alıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Hindistana 376,1 milyon ABŞ dolları dəyərində 491,2 min ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac olunub.

Day.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında bildirilib.

Ötən ilin eyni dövründə Azərbaycandan Hindistana neft ixracı qeydə alınmayıb.

Ümumilikdə, bu ilin yanvar-iyul aylarında Azərbaycan 8 milyard 32 milyon 904 min ABŞ dolları dəyərində 12 milyon 722 min 591 ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 372,7 milyon ABŞ dolları və ya 4,9 faiz çox, həcm baxımından isə 1,7 milyon ton və ya 12,1 faiz azdır.

Qeyd edək ki, Azərbaycanda neft hasilatının sabit saxlanılması və uzunmüddətli perspektivdə artırılması istiqamətində bir sıra iri layihələr həyata keçirilir. Xüsusilə ölkənin əsas neft yataqlarının operatoru olan bp hasilatın səmərəliliyinin artırılması üçün yeni investisiya proqramlarını icra edir.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzun sözlərinə görə, şirkət Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunda fəaliyyətini genişləndirməyə davam edir. O bildirib ki, AÇG-də hasilatın uzunmüddətli saxlanılması məqsədilə yeni quyular qazılır, mövcud infrastruktur modernləşdirilir və innovativ texnologiyalar tətbiq olunur.

"Biz AÇG-də uzunmüddətli hasilatın təmin olunması üçün investisiyalarımızı davam etdiririk. Yeni quyuların qazılması, platformaların etibarlı fəaliyyətinin təmin edilməsi və texnoloji yeniliklərin tətbiqi bu strategiyanın əsas istiqamətləridir", - deyə bp rəsmisi bildirib.

Şirkət həmçinin "Şəfəq-Asiman" perspektiv strukturunda qiymətləndirmə işlərini, eləcə də Qarabağ yatağının işlənməsi layihəsini davam etdirir. Bununla yanaşı, bp Xəzər dənizində yeni geoloji strukturların öyrənilməsi və əlavə karbohidrogen ehtiyatlarının aşkar olunması istiqamətində fəaliyyətini genişləndirir.

BP vurğulayır ki, yeni layihələr yalnız mövcud hasilatın təbii azalmasının kompensasiya edilməsinə deyil, həm də Azərbaycanın enerji ixracı potensialının uzunmüddətli perspektivdə qorunub saxlanmasına xidmət edir. Şirkətin həyata keçirdiyi investisiya proqramları ölkənin neft-qaz sektorunda dayanıqlı inkişafın təmin olunması və enerji təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости