https://news.day.az/azerinews/1855781.html Gömrükdə bəyan edilməyən dərmanlar aşkarlanıb Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən dərman vasitələri aşkar edilib. Day.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Gömrükdə bəyan edilməyən dərmanlar aşkarlanıb

Azərbaycanca, 24 августа 2026 15:19 (UTC +04:00) 187
Gömrükdə bəyan edilməyən dərmanlar aşkarlanıb

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən dərman vasitələri aşkar edilib.

Day.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, idarənin "Qırmızı Körpü" gömrük postunun idxal nəzarət xəttində yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

"Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin dartıcı hissəsində gömrük orqanına bəyan edilməyən, ümumilikdə 5 adda 2755 konvalyut dərman aşkar edilib.

Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости