https://news.day.az/azerinews/1857318.html Moskvadan Bakıya gələn sərnişinin ayaqqabısından 11 patron çıxdı Moskva-Bakı aviareysi ilə gələn Rusiya vətəndaşının əl yükündə odlu silaha aid patronlar aşkar edilib. Day.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, sözügedən şəxsin əl yüklərinə stasionar rentgen qurğusunda keçirilən baxış zamanı monitorda şübhəli cizgilər müşahidə olunub.

Moskvadan Bakıya gələn sərnişinin ayaqqabısından 11 patron çıxdı

Azərbaycanca, 2 сентября 2026 12:38 (UTC +04:00) 197
Moskvadan Bakıya gələn sərnişinin ayaqqabısından 11 patron çıxdı

Moskva-Bakı aviareysi ilə gələn Rusiya vətəndaşının əl yükündə odlu silaha aid patronlar aşkar edilib.

Day.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, sözügedən şəxsin əl yüklərinə stasionar rentgen qurğusunda keçirilən baxış zamanı monitorda şübhəli cizgilər müşahidə olunub. Daha sonra aparılan yoxlama nəticəsində əl yükündəki ayaqqabının içərisində gizlədilən 11 ədəd patron aşkar edilib.

Ekspertiza tədqiqatı nəticəsində patronların zavod üsulu ilə istehsal edilən 9x18 mm kalibrli, atəşə yararlı döyüş sursatları olduğu müəyyənləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости