https://news.day.az/azerinews/1862245.html Sərhəddə 111 kiloqram narkotik aşkarlandı İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb. Bu barədə Day.Az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 111 kiloqram 200 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Sərhəddə 111 kiloqram narkotik aşkarlandı

Azərbaycanca, 24 сентября 2026 11:57 (UTC +04:00) 148
Sərhəddə 111 kiloqram narkotik aşkarlandı

İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb.

Bu barədə Day.Az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 111 kiloqram 200 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Belə ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində uçuş aparatı vasitəsilə sentyabr ayının 22-də dövlət sərhədindən ölkə ərazisinə keçirilməsinə cəhd edilən 57 kiloqram 500 qram, sentyabrın 24-də isə 53 kiloqram 700 qram narkotik vasitə aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости