https://news.day.az/azerinews/1867963.html
Bu marşrut üzrə qatar reysləri artırılır - FOTO
Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar noyabrın 7, 8, 9 və 10-da Bakı-Qəbələ-Bakı marşrutu üzrə həm gediş, həm də dönüş reysləri təşkil olunacaq. Day.Az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.
Bu marşrut üzrə qatar reysləri artırılır - FOTO
Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar noyabrın 7, 8, 9 və 10-da Bakı-Qəbələ-Bakı marşrutu üzrə həm gediş, həm də dönüş reysləri təşkil olunacaq.
Day.Az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.
Bildirilib ki, reyslər ardıcıl dörd qeyri-iş günündə sərnişin tələbatını qarşılamaq məqsədilə həyata keçiriləcək.
Biletləri ADY-nin rəsmi saytından, "ADY Mobile" tətbiqindən və dəmiryol kassalarından əldə etmək mümkündür.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре