https://news.day.az/azerinews/1868301.html Rayonlarda leysan və dolu gözlənilir Bakıda və Abşeron yarımadasında oktyabrın 21-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Day.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi səhər saatlarında şimal-şərq küləyi ilə əvəz olunacaq.

Rayonlarda leysan və dolu gözlənilir

Azərbaycanca, 20 октября 2026 12:46 (UTC +04:00) 240
Rayonlarda leysan və dolu gözlənilir

Bakıda və Abşeron yarımadasında oktyabrın 21-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Day.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, şimal-qərb küləyi səhər saatlarında şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-18°, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75%, gündüz 60-65% təşkil edəcək.

Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında isə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var.

Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu rayonlarda gecə 16-19°, gündüz 25-28° isti, dağlıq ərazilərdə isə gecə 5-10°, gündüz 12-16° isti olacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости