https://news.day.az/azerinews/1868599.html Gürcüstandan azərbaycanlılar deportasiya olundu Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları 84 xarici ölkə vətəndaşını ölkədən deportasiya ediblər. Day.Az lent.az-a istinadən bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Gürcüstandan azərbaycanlılar deportasiya olundu

Azərbaycanca, 21 октября 2026 15:03 (UTC +04:00) 145
Gürcüstandan azərbaycanlılar deportasiya olundu

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları 84 xarici ölkə vətəndaşını ölkədən deportasiya ediblər.

Day.Az lent.az-a istinadən bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, Miqrasiya Departamentinin keçirdiyi kompleks tədbirlər nəticəsində Türkmənistan, Rusiya, Türkiyə, İordaniya, Misir, Hindistan, Azərbaycan, Livan, Nigeriya, Çin, Banqladeş, İraq, Kuba, Moldova, Panama, Səudiyyə Ərəbistanı və digər ölkələrin ümumilikdə 84 vətəndaşı Gürcüstandan çıxarılıb.

Qüvvədə olan qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin Gürcüstana yenidən girişinə qadağa qoyulub.

Bildirilib ki, cari il ərzində Miqrasiya Departamentinin əməkdaşları tərəfindən Gürcüstandan 3400-dən çox şəxs deportasiya edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости