https://news.day.az/azerinews/1868819.html Deputatlarımız Serbiyada parlament seçkilərini müşahidə edəcək Azərbaycan Milli Məclisinin sədr müavini Musa Qasımlı və deputatlar Məlahət İbrahimqızı ilə Nizami Səfərov Serbiyada keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə edəcəklər. Day.Az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Deputatlarımız Serbiyada parlament seçkilərini müşahidə edəcək

Azərbaycanca, 22 октября 2026 12:38 (UTC +04:00) 332
Deputatlarımız Serbiyada parlament seçkilərini müşahidə edəcək

Azərbaycan Milli Məclisinin sədr müavini Musa Qasımlı və deputatlar Məlahət İbrahimqızı ilə Nizami Səfərov Serbiyada keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə edəcəklər.

Day.Az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, parlament nümayəndə heyəti oktyabrın 23-dən 27-dək Serbiyanın paytaxtı Belqrad şəhərində səfərdə olacaq.

Səfər çərçivəsində deputatlar bir sıra seçki məntəqələrində olacaq, seçkilərə hazırlıq prosesini və məntəqələrdə yaradılmış şəraiti qiymətləndirəcək, həmçinin səsvermə günü seçki prosesinin gedişini müşahidə edəcəklər.

Serbiya Prezidenti Aleksandar Vuçiç 27 sentyabr 2026-cı il tarixində vəzifəsindən istefa verdiyini rəsmən açıqlayıb və növbədənkənar parlament seçkilərini 25 oktyabr 2026-cı il tarixinə təyin edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости