https://news.day.az/azerinews/1868895.html Azərbaycanda yanğın səbəbləri ilə bağlı xoşagəlməz statistika - RƏSMİ Cari il ərzində Azərbaycanda qeydə alınan yanğınların 50%-i elektrik avadanlıqlarının quraşdırılması və istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəbindən baş verib. Day.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib.

Azərbaycanda yanğın səbəbləri ilə bağlı xoşagəlməz statistika - RƏSMİ

Azərbaycanca, 22 октября 2026 17:26 (UTC +04:00) 387
Azərbaycanda yanğın səbəbləri ilə bağlı xoşagəlməz statistika

Cari il ərzində Azərbaycanda qeydə alınan yanğınların 50%-i elektrik avadanlıqlarının quraşdırılması və istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəbindən baş verib.

Day.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib.

Məlumata görə, yanğınların 18%-i nəqliyyat vasitələrinin istismarı zamanı qayda pozuntuları, 6%-i odla ehtiyatsız davranış, 1%-i tütün məhsullarından istifadə, 1%-i isə məişətdə qaz, kerosin, benzin və digər yanacaqlarla işləyən qurğuların istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması ilə əlaqədar olub.

Nazirlikdən qeyd edilib ki, cari il ərzində statistikada qeydə alınan yanğınların 9%-ni qəsdən yandırma halları təşkil edib.

Yanğınların baş verdiyi yerlər üzrə bölgüsünə əsasən, hadisələrin 60%-i çoxmənzilli yaşayış binalarında və fərdi yaşayış evlərində, 22%-i nəqliyyat vasitələrində, 7%-i sosial-məişət və mədəniyyət təyinatlı binalarda qeydə alınıb.

Yanğınların 3%-i ticarət obyektlərində, 2%-i əkin üçün nəzərdə tutulan sahələrdə, 1%-i isə açıq sahələrdə baş verib.

Xatırladaq ki, 2026-cı ilin birinci yarımilliyinin (yanvar-iyun) rəsmi statistikasına əsasən, Azərbaycanda baş verən yanğınlarda 22 nəfər həlak olub, 71 nəfər isə xəsarət alıb

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости