Azərbaycanın Ermənistanla sülh prosesindəki liderliyi çox yüksək qiymətləndirilir - Niderland XİN
Azərbaycanın Ermənistanla sülh prosesində nümayiş etdirdiyi öhdəlik və liderlik çox yüksək qiymətləndirilir.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, Niderland regionda dayanıqlı sülh və təhlükəsizliyə doğru balanslı yanaşma tətbiq edir ki, bu da hər kəs üçün həlledici və faydalıdır.
"Niderland dünyanın müəyyən hissələrinə bu minatəmizləmə sahəsində dəstək göstərir. Əminəm ki, komandalarımız Azərbaycana dəstək olmaq üçün kömək edə biləcəyimiz imkanları da nəzərdən keçirəcək",- deyə nazir bildirib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре