https://news.day.az/azerinews/1870283.html İş adamı milyonluq dələduzluqla bağlı həbs edildi Zaqatalada iş adamı bir milyon manatlıq dələduzluq etməkdə təqsirləndirilir. Day.Az APA-ya istinadən xəbər verir ki, gübrə satışı ilə məşğul olan sahibkar Əmrah Ramazan Valeh oğlu aldığı məhsulların pulunu ödəməməkdə, dələduzluqda ittiham olunur. İttihama görə, zərərçəkmişlərə 924 901 manat ziyan dəyib.

İş adamı milyonluq dələduzluqla bağlı həbs edildi

Azərbaycanca, 28 октября 2026 15:58 (UTC +04:00) 228
İş adamı milyonluq dələduzluqla bağlı həbs edildi

Zaqatalada iş adamı bir milyon manatlıq dələduzluq etməkdə təqsirləndirilir.

Day.Az APA-ya istinadən xəbər verir ki, gübrə satışı ilə məşğul olan sahibkar Əmrah Ramazan Valeh oğlu aldığı məhsulların pulunu ödəməməkdə, dələduzluqda ittiham olunur.

İttihama görə, zərərçəkmişlərə 924 901 manat ziyan dəyib.

Ona qarşı qarşı Cinayət Məcəlləsinin 178.4-cü (Dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

Zərərşəkənlərin şikayətindən sonra Əmrah Ramazan həbs edilib. İstintaq zamanı dəymiş ziyandan 144 min manat ödənilib.

Zərərçəkmiş şəxs qismində 3 nəfər və "Sara Qrup" QSC tanınıblar.

O da bildirilir ki, təqsirləndirilən Əmrah Ramazan Zaqatala rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat məsələləri sektorunun baş məsləhətçisi Valeh Qazilovun oğludur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости