https://news.day.az/azerinews/1870745.html Yeni Suraxanı–Hövsan sakinlərinə ŞAD XƏBƏR - Dəmiryol xəttinin layihələndirilməsinə başlanılıb Yeni Suraxanı-Hövsan dəmiryol xəttinin bərpası üzrə layihələndirmə işlərinə başlanılıb, xətt boyunca stansiyaların yerləri müəyyən edilib.

Yeni Suraxanı–Hövsan sakinlərinə ŞAD XƏBƏR - Dəmiryol xəttinin layihələndirilməsinə başlanılıb

Azərbaycanca, 30 октября 2026 10:18 (UTC +04:00) 214
Yeni Suraxanı–Hövsan sakinlərinə

Yeni Suraxanı-Hövsan dəmiryol xəttinin bərpası üzrə layihələndirmə işlərinə başlanılıb, xətt boyunca stansiyaların yerləri müəyyən edilib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev Yeni Suraxanı-Hövsan xətti üzrə görülən işlərlə bağlı Hövsan qəsəbəsinə təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, xətt boyunca mühafizə zonasında yerləşən və tikinti altına düşən yaşayış evləri və qeyri-yaşayış obyektlərinin söküntüsü başa çatıb.

Qeyd olunub ki, Yeni Suraxanı-Hövsan dəmiryol xəttinin bərpası "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı" çərçivəsində nəzərdə tutulur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости