https://news.day.az/azerinews/1871011.html Apple yenidən dünyanın ən bahalı şirkəti olub "Apple" texnologiya şirkəti "Nvidia"nı qabaqlayaraq dünyanın ən bahalı şirkəti statusunu yenidən əldə edib. Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Oktyabrın 30-na olan məlumata görə, "Apple"ın bazar kapitallaşması 5,03 trilyon dollara yüksəlib. Bu göstərici "Nvidia"da 4,93 trilyon dollar təşkil edib.

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Azərbaycanca, 31 октября 2026 08:18 (UTC +04:00) 205
Apple yenidən dünyanın ən bahalı şirkəti olub

"Apple" texnologiya şirkəti "Nvidia"nı qabaqlayaraq dünyanın ən bahalı şirkəti statusunu yenidən əldə edib.

Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Oktyabrın 30-na olan məlumata görə, "Apple"ın bazar kapitallaşması 5,03 trilyon dollara yüksəlib. Bu göstərici "Nvidia"da 4,93 trilyon dollar təşkil edib.

Qeyd edək ki, "Apple" sonuncu dəfə iyulun sonunda "Nvidia"nı geridə qoyaraq dünya şirkətləri arasında bazar dəyərinə görə ilk sıraya yüksəlmişdi.

"Apple"ın yenidən lider mövqeyə qayıtması investorların süni intellekt sektoruna yönəldilən investisiyalarla bağlı artan narahatlıqları fonunda baş verib. Agentliyin məlumatına görə, investorlar "iPhone" istehsalçısının səhmlərini daha etibarlı investisiya vasitəsi kimi qiymətləndirirlər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости