https://news.day.az/azerinews/1871392.html Sərhəddə dronlar zərərsizləşdirilib - FOTO Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Sərhəddə dronlar zərərsizləşdirilib - FOTO

Azərbaycanca, 2 ноября 2026 12:55 (UTC +04:00) 359
Sərhəddə dronlar zərərsizləşdirilib

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Day.Az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" və "Göytəpə" sərhəd dəstələrinin xidməti ərazilərində ümumilikdə 22 kiloqram 900 qram narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.

Keçirilmiş kompleks əməliyyat-qoşun tədbirləri nəticəsində hava məkanımıza qanunsuz daxil olan pilotsuz uçuş aparatları aşkarlanaraq zərərsizləşdirilmişdir.

Hadisə yerlərinə baxış zamanı "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində 15 kiloqram 400 qram, "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində isə 7 kiloqram 500 qram narkotik vasitə götürülmüşdür.

Faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Sərhəddə dronlar zərərsizləşdirilib
  • Sərhəddə dronlar zərərsizləşdirilib
  • Sərhəddə dronlar zərərsizləşdirilib
  • Sərhəddə dronlar zərərsizləşdirilib
  • Sərhəddə dronlar zərərsizləşdirilib
  • Sərhəddə dronlar zərərsizləşdirilib
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости