https://news.day.az/azerinews/1874906.html İrandan Azərbaycana 50 kiloqrama yaxın narkotikin keçirilməsinin qarşısı alınıb İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə 49 kiloqram 950 qram narkotik vasitə və 3000 ədəd psixotrop tərkibli həbin keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

İrandan Azərbaycana 50 kiloqrama yaxın narkotikin keçirilməsinin qarşısı alınıb

Azərbaycanca, 17 ноября 2026 11:36 (UTC +04:00) 371
İrandan Azərbaycana 50 kiloqrama yaxın narkotikin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə 49 kiloqram 950 qram narkotik vasitə və 3000 ədəd psixotrop tərkibli həbin keçirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilib ki, sərhəd axtarışı və əməliyyat tədbirləri DSX-nin Sərhəd Qoşunlarının "Horadiz" və "Lənkəran" sərhəd dəstələrinin xidməti ərazilərində həyata keçirilib.

 

"Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində iki hal üzrə 39 kiloqram 700 qram narkotik vasitə və 3000 ədəd psixotrop tərkibli "Metadon M-40" həbi aşkarlanıb.

"Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində isə 10 kiloqram 250 qram narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости