https://news.day.az/azerinews/1875833.html Azərbaycanda hər 100 nikaha 48 boşanma düşür 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 31 085 nikah və 15 030 boşanma qeydə alınıb. Day.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin əhalinin təbii hərəkətinə dair məlumatında bildirilib. Qeyd olunub ki, 2025-ci ilin müvafiq dövründə ölkədə 36 332 nikah qeydə alınıb.

Azərbaycanda hər 100 nikaha 48 boşanma düşür

Azərbaycanca, 20 ноября 2026 15:23 (UTC +04:00) 308
Azərbaycanda hər 100 nikaha 48 boşanma düşür

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 31 085 nikah və 15 030 boşanma qeydə alınıb.

Day.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin əhalinin təbii hərəkətinə dair məlumatında bildirilib.

Qeyd olunub ki, 2025-ci ilin müvafiq dövründə ölkədə 36 332 nikah qeydə alınıb. Beləliklə, nikahların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5 247 azalıb.

Hesabat dövründə boşanmaların sayı 15 030 olub. Ötən ilin yanvar-sentyabr aylarında isə 15 480 boşanma qeydə alınıb. Bu da 450 azalma deməkdir.

Əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 4,7-dən 4,0-a enib. Boşanmaların sayı isə hər 1000 nəfərə 2,0 səviyyəsində qalıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости