https://news.day.az/azerinews/1876008.html Axtarışda olan 100-dən çox şəxs saxlanıldı Noyabrın 20-də polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat yayıb.

Axtarışda olan 100-dən çox şəxs saxlanıldı

Azərbaycanca, 21 ноября 2026 10:50 (UTC +04:00) 342
Axtarışda olan 100-dən çox şəxs saxlanıldı

Noyabrın 20-də polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat yayıb.

Bildirilib ki, hesabat günündə ölkə ərazisində qeydə alınan 92, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis tərəfindən təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 118 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 97 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 20 fakt müəyyən edilib.

Bundan başqa, cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости