https://news.day.az/azerinews/1876291.html Allergiyanın arxasında başqa səbəb dayana bilər - Tədqiqatçılardan yeni nəzəriyyə Alimlər allergiyanın yaranmasının immun sisteminin fəaliyyətindəki pozuntulardan deyil, orqanizmin müxtəlif orqanlarını örtən hüceyrələrdə enerji çatışmazlığından qaynaqlana biləcəyini düşünürlər. Milli.Az xəbər verir ki, bu qənaətə Avstraliyanın Qriffit Universitetinin tədqiqatçıları gəliblər.

Allergiyanın arxasında başqa səbəb dayana bilər - Tədqiqatçılardan yeni nəzəriyyə

Azərbaycanca, 23 ноября 2026 06:41 (UTC +04:00) 138
Allergiyanın arxasında başqa səbəb dayana bilər

Alimlər allergiyanın yaranmasının immun sisteminin fəaliyyətindəki pozuntulardan deyil, orqanizmin müxtəlif orqanlarını örtən hüceyrələrdə enerji çatışmazlığından qaynaqlana biləcəyini düşünürlər.

Milli.Az xəbər verir ki, bu qənaətə Avstraliyanın Qriffit Universitetinin tədqiqatçıları gəliblər. Araşdırma çərçivəsində allergiyanın inkişaf mexanizminə dair yeni nəzəriyyə irəli sürülüb.

Tədqiqatın rəhbəri, professor Piter Smitin sözlərinə görə, hüceyrələrdə enerji istehsalını təmin edən mitoxondrilərin fəaliyyətinin pozulması orqanizmin təbii müdafiə baryerini zəiflədə bilər. Bu isə allergik reaksiyaların yaranmasına şərait yaradır.

Alimlər hüceyrələrin fəaliyyətinə mənfi təsir göstərə biləcək bir sıra amilləri də müəyyənləşdiriblər. Bunlara emal olunmuş qidalar, ətraf mühitin çirklənməsi, mikroplastiklər, yuyucu vasitələr, qida liflərinin az qəbulu və erkən yaşlarda antibiotiklərdən istifadə daxildir.

"Allergy" jurnalında yayımlanan tədqiqatın nəticələrinin allergiyanın müalicəsində fərqli yanaşmaların inkişafına töhfə verə biləcəyi bildirilir.

Tədqiqatçılar qeyd edirlər ki, hazırda tətbiq olunan müalicə üsulları əsasən iltihabın azaldılmasına yönəlib. Yeni nəzəriyyə isə allergiyanın meydana gəlməsinə səbəb olan ilkin mexanizmlərin araşdırılmasını ön plana çıxarır.

Alimlər araşdırmanın növbəti mərhələsində körpələrdə allergik xəstəliklər yaranmazdan əvvəl qoruyucu hüceyrələrin fəaliyyətini öyrənməyi planlaşdırırlar.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости