https://news.day.az/azerinews/1876306.html Azərbaycan parataekvondo millisi dünya çempionatını V sırada tamamlayıb Cənubi Koreyanın Muju şəhərində keçirilən parataekvondo üzrə dünya çempionatı başa çatıb. Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, yığma mundialı 1 qızıl və 1 bürünc medalla 5-ci yerdə tamamlayıb. K44 kateqoriyası üzrə kişilər arasında isə millimiz dünya çempionatını ikinci pillədə başa vurub.

Azərbaycan parataekvondo millisi dünya çempionatını V sırada tamamlayıb

Azərbaycanca, 22 ноября 2026 21:40 (UTC +04:00) 286
Azərbaycan parataekvondo millisi dünya çempionatını V sırada tamamlayıb

Cənubi Koreyanın Muju şəhərində keçirilən parataekvondo üzrə dünya çempionatı başa çatıb.

Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, yığma mundialı 1 qızıl və 1 bürünc medalla 5-ci yerdə tamamlayıb.

K44 kateqoriyası üzrə kişilər arasında isə millimiz dünya çempionatını ikinci pillədə başa vurub.

Paralimpiya Oyunlarının proqramına daxil olan K44 və qeyri-paralimpiya kateqoriyası K41 üzrə medalların ümumi sayına əsasən sıralamada yer alan Azərbaycan komandasının heyətində Sabir Zeynalov (58 kq) dünya çempionu, İmaməddin Xəlilov (70 kq) isə bürünc medalçı olub.

Yarışda gənc parataekvondoçular Amin Əliyev (63 kq) və Səmayə Həsənova da (47 kq) debüt edərək dünya çempionatında təcrübə qazanıblar.

Dünya çempionatının yekunlarına əsasən, milli komanda 5-ci yeri tutmasına görə kubok baş məşqçi Fərid Tağızadəyə təqdim olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости