Bu telefonlar 2016-da satışa çıxacaq

Day.Az представляет новость на азербайджанском языке

2016-cı ildə bazara bir sıra yeni "ağıllı telefon"lar daxil olacaq. Telefon modelləri arasında üstünlüyü bu il də "Apple" və "Samsung" şirkətləri əlində tutacaq. SİA sizə 2016-cı ildə bazara çıxarılacaq "ağıllı telefon" modellərini təqdim edir.

"iPhone 7"

"Apple"ın yeni modeli olan "iPhone 7" 2016-cı ildə yeni dizayn ilə satışa buraxılacaq.

"Galaxy S7"

2016-cı ildə satışa buraxılacaq modellərdən biri də "Samsung"un "Galaxy S7" modelidir. Modelin 2016-cı ildə ən çox satılan telefonlardan biri olması gözlənilir.

"Galaxy Note 6"

Bu telofon struktur baxımından "Galaxy S7"ə bənzəyəcək. Lakin müəyyən xüsusiyyətlərdə və dizaynda fərqlilik nəzərə çarpacaq.

"LG G5"

"LG"nin son modeli "LG G5"in güclü sensor ekrana malik olması gözlənilir.

"Sony Xperia Z6"

Telefonun dizaynı digər "Sony" modellərindən seçilməyəcək. Lakin telefonun kamerasının müəyyən dərəcədə təkminləşdiriləcəyi gözlənilir.

"HTC One M10"

"HTC"nin satışa çıxacaq yeni modelində dizayn dəyişikliyi nəzərə çarpacaq. Şirkət "HTC"nin digər modellərinə nisbətdə bu modelin kamerasına bir sıra effektlər əlavə edəcək.

"Micrasoft Lumia 960"

Telefona digər versiyalarında olmayan bir sıra xüsusiyyət əlavə olunacaq. Belə ki, bura barmaq izini tanıma kimi funksiyalar da aiddir.

"OnePlus 3"

Telefonun bu yeni versiyasına digər modellərdə olmayan bir sıra xüsusiyyətlər əlavə olunacaq. Xüsusilə kamera və yaddaş baxımından bu modelin daha təkminləşdirilmiş olması gözlənilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.