Telefon həvəskarlarına yeni Sony Xperia Z6 Lite gəlir
Day.Az представляет новость на азербайджанском языке
"Sony" yeni model telefon istehsal etməyə hazırlaşır.
XəzərXəbər xəbər verir ki, yeni model "Xperia Z6 Lite" cihazı "Xperia Z6" ailəsinə daxil ola bilər.
Model 5 düymlük displey, 6 nüvəli çip (çox güman ki Snapdragon 650) ilə təchiz olunacaq. Cihazın arxası metaldan ibarət olacaq. "Xperia Z6 Lite"ın qiyməti isə 390 dollar dəyərində olacaq.
Xatırladaq ki, "Xperia Z6" - 5,2 düymlük displeyə, "Xperia Z6 Compact" - 4,6 düymlük displeyə, "Xperia Z6 Plus" 5,8 düymlük displeyə, "Xperia Z6 Ultra" isə 6,4 düymlük displeyə malikdir.
Yeni model isə 2016-cı ilin may ayında nümayiş olunacaq.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре