https://news.day.az/azerinews/735508.html Reklamlara aldanıb bahalı smartfonlar alanlar izləsin - VİDEO

Reklamlara aldanıb bahalı smartfonlar alanlar izləsin - VİDEO

Azərbaycanca, 7 января 2016 10:38 (UTC +04:00) 1 356
Reklamlara aldanıb bahalı smartfonlar alanlar izləsin

Day.Az представляет новость на азербайджанском языке

"Su keçirməyən smartfonlar", "suyun altında da işləyən mobil telefonlar" - bu ifadələrə, yəqin ki, hamınız rast gəlibsiniz, eşidibsiniz, reklamlarda görübsünüz.

Su keçirməyən, yəni "waterproof" smartfonların qiymətləri də təbii ki, çox bahadır. Çünki istehsalçı şirkət "su keçirməmək" xüsusiyyətini əlahiddə üstünlük kimi təqdim edir.

Fəqət, istənilən smartfonu sukeçirməz etmək olar.

Milli.Az bildirir ki, Kanadanın Monreal şəhərinin Çemin Remembrans səmtində yaşayan şəxs iPhone smartfonunu polietilenə bükərək onu "sukeçirməz telefon" edib.

O, polietilenə bükülmüş telefonda Siri-ni işə salıb, fotolar çəkib.

"İstənilən, hətta ən ucuz telefonu bu minvalla suya atmaq, sonra işlətmək olar. Heç bir problem yoxdur. "Sukeçirməzlik" vədlərinə aldanaraq smartfon üçün əlavə pullar ödəməyə dəyməz", - uğurlu sınağı keçirən şəxs deyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Reklamlara aldanıb bahalı smartfonlar almayın, çünki...

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости