Telefon həvəkarlarının diqqətinə!

Day.Az представляет новость на азербайджанском языке.

Cənubi Koreyanın Samsung korporasiyası Galaxy smartfonları seriyasından olan Samsung Galaxy S7 smartfonunu təqdim etməyə hazırlaşır.

Smartfonun rəsmi təqdimatı hələ olmasa da, onun fotoları və texniki göstəriciləri ilə bağlı məlumatlar artıq sızdırılıb.

Milli.Az SamMobile-ə istinadən bildirir ki, Samsung Galaxy S7 smartfonunun Super AMOLED displeyi 5,1 düym, 2560 × 1440 piksel göstəricilərinə malikdir. Smartfonun Qualcomm Snapdragon 820 və ya Exynos 8890 (satış regionundan asılı olaraq) prosessoru, 4 giqabaytlıq operativ yaddaşı olacaq.

12 meqapiksellik əsas kamera korporasiyanın ötən ilin payızında nümayiş etdirdiyi Samsung BRITECELL texnologiyası əsasında çalışır. Bu texnologiya təbii və ya süni işığın az olduğu məkanlarda belə, keyfiyyətli fotolar çəkməyə imkan verir.

Smartfonun əlavə kamerası 5 meqapiksel, operativ yaddaşı 4 giqabayt, fləş yaddaşı versiyadan asılı olaraq 32 və ya 64 giqabaytdır.

Ən başlıcası isə, yeni smartfonun muxtar iş sürəyi 17 saatdır ki, bu da Samsung-un premium seqmentdəki smartfonları üçün absolyut rekordur.

Android 6.0 Marshmallow əməliyyat sistemi ilə işləyəcək Samsung Galaxy S7 və onun Galaxy S7 Edge versiyası fevralın 21-də İspaniyanın Barselona şəhərində keçiriləcək MWC 2016  sərgisində təşkil ediləcək Samsung Unpacked şousunda rəsmən təqdim olunacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.