Dərmanları "əvəzedici"lər əvəz edə bilirmi?

Day.Az представляет новость на азербайджанском языке

TTV (Region TV) xəbər verir ki, çox vaxt apteklərə üz tutan xəstələrə reseptdə yazılan dərman olmadıqda əvəzedici adı ilə başqa preparatlar təklif olunur. Bəs bu əvəzedicilər insan orqanizminə necə təsir edir? Əczaçıların alıcılara belə bir təklif etməsi nə dərəcədə düzgündür? Əməkdaşımız Gözəl Niyazova bu suallara aydınlıq gətirib.

Həkimə müraciət edən xəstəyə, təbii ki, müalicə məqsədilə resept yazılır. Aptekə üz tutan xəstə çox vaxt "bizdə bu dərman yoxdur, amma onu başqa birisi ilə əvəz edə bilərik" kimi təkliflə rastlaşır. Sabirə Həsənovanın qarşılaşdığı bu vəziyyət çoxlarına tanışdır. Reseptdə yazılan dərmanın başqa birisi ilə əvəzlənmək ehtimalı xəstədə ümidsizlik və sual yaradır: "Təklif edilən dərman dərdimə əlac olacaqmı?"

Bəzən isə tam əksi olur. Reseptdə yazılan dərman aptekdə olmayanda xəstə israrla onun başqası ilə əvəz edilməsini istəyir. Əczaçılar isə səsləndirilən fikirlərin əsassız olduğunu deyirlər. Onlar əvəzedici adı ilə təklif edilən dərmanların eyni tərkibə malik olduğunu bildirirlər. Həkimlər isə narahatlığa əsas görmür. Mövcud qanunvericiliyə əsasən, həkim resept yazarkən dərmanın molekula adını qeyd etməlidir. Həkimin sözlərinə görə, eyni molekula quruluşuna malik müxtəlif adda istehsal olunan dərmanların təsir mexanizmində heç bir fərq yoxdur. Fərq yalnız dərmanın adında, istehsal olunan ölkədə və qiymətdədir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.
Dərmanları