https://news.day.az/azerinews/908196.html Dövlət qulluqçuları ilə bağlı məlumatlar reyestrə düzgün daxil edilməyib

Dövlət qulluqçuları ilə bağlı məlumatlar reyestrə düzgün daxil edilməyib

Azərbaycanca, 21 июня 2017 14:27 (UTC +04:00) 878
Dövlət qulluqçuları ilə bağlı məlumatlar reyestrə düzgün daxil edilməyib

Day.Az представляет новость на азербайджанском языке

"Dövlət reyestrinə daxil olan məlumatların öyrənilməsi zamanı bir sıra dövlət orqanları tərəfindən dövlət qulluqçuları ilə bağlı məlumatları reyestrə vaxtında, tam və düzgün daxil edilmədiyi müəyyən edilib".

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş "Dövlət qulluğunun aktual problemləri" mövzusunda keçirilən elmi-praktiki konfransda çıxış edən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, bir çox hallarda isə dövlət qulluqçularının əmək kitabçalarına daxil olan məlumatlarla onlar barəsində dövlət reyestrinə daxil edilmiş məlumatlar arasında uyğunsuzluq aşkar edilib:

"Dövlət qulluqçuları barəsində olan məlumatların müvafiq dövlət orqanları tərəfindən vaxtında, tam və düzgün daxil edilməməsi inzibati məsuliyyətə səbəb olur. Təbii ki, bu uyğunsuzluqların aradan qaldırılması üçün tərəfimizfən tədbirlər görülməkdədir".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости