Sualtı qayıqda biabırçı qalmaqal

Day.Az представляет новость на азербайджанском языке

Britaniya Kral Hərbi-Dəniz Qüvvələrində çox böyük qalmaqal yaşanır.

"HMS Vigilant" atom sualtı qayığının 9 dənizçisi HDQ-dən qovulub.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, onların qanlarında kokain qalıqları aşkarlanıb.

"Vigilant"ın heyətində xidmət edən bu dənizçilər sualtı qayıt ABŞ sahillərində olarkən narkotik maddələrdən və spirtli içkilərdən istifadə olunduğu eyş-işrət gecəsi təşkil etməkdə suçlanırlar. Bir hərbi dənizçi isə fahişələr sifariş verərək onlarla hovuzda əylənib.

Daha bir dənizçini sevdiyi qızla görüüşmək üçün icazə olmadan qayığı tərk etdiyinə görə hərbi tribunal gözləyir. Qalmaqal yaranandan sonra iki dənizçi könüllü olaraq HDQ-ni tərk ediblər.

Oktyabrın əvvəllərində "Vigilant"ın kapitanı, 41 yaşlı Stüart Armstronq gəmidə xidmət edən subleytenant, 25 yaşlı Rebekka Edvardsla "eşq"ə görə qovulub.

Az sonra qayığın kapitan müavini, ailəli, 36 yaşlı Maykl Sil 27 yaşlı leytenant Hanna Liçfildlə "əlaqə"lərə görə HDQ-dən qovulub.

Ümumən "Vigilant"ın 168 nəfərlik heyətinin təqribən 10 faizi qovulacaq.

Bu, Britaniya HDQ-nin tarixində ən böyük qalmaqallarından biridir.

"Vanguard" sinfinə aid olan "HMS Vigilant"ın daimi yeri Şotlandiyanın Arqayl end Byut vilayətindəki Klayd hərbi-dəniz bazasıdır. "Vigilant" Britaniya HDQ-də "Trident" ballistik nüvə raketləri ilə təchiz olunmuş 4 sualtı qayıqdan biridir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.