Dəfnə yarpağını yandırmağın faydası...
Day.Az представляет новость на азербайджанском языке
Qədim Roma və Yunanıstanda həm tibbi dərman kimi, həm də yeməklərdə ətir kimi istifadə edilən dəfnə yarpağı yandırıldıqda ətrafa ətirli qoxular və şəfa yayır.
Deyerler.org xəbər verir ki, dəfnə yarpağının üzərlik kimi yandırılması sayəsində qoxusunun təsirləri insanı heyrətə salır.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, quru dəfnə yarpağını bir kasa, kül qabı və s. bir qabın üzərində uc hissəsindən olmaqla yandırın və ətrafa yayılan qoxunun sağlamlığa verdiyi təsirlərin şahidi olun.
Baş ağrısını aradan aparır: dəfnə yarpağının tərkibindəki olan sineol, pinen və elimisin kimi maddələr yandığı vaxt daha təsirli olur və baş ağrısını sakitləşdirir, rahatlığınızı təmin edir.
Ağciyərlərə təmiz nəfəs ötürür. İçərisində olan "mycrene" və "eugenol" ağciyəri və nəfəsləri təmizləməkdə olduqca təsirlidir.
Şəkər, xolesterinə qarşı təsirlidir: Xüsusilə 2-ci tip diabet xəstələri üçün təklif olunur. Pis xolesterini, qandakı qlükoza və trigliserid səviyyəsini aşağı salır.
Dəfnə yarpağı hamilə xanımların fol turşusuna olan ehtiyacını da təmin edir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре