https://news.day.az/azerinews/945609.html Avropa Komissiyası yay vaxtının ləğv olunması məsələsini araşdırır Day.Az представляет новость на азербайджанском языке Avropa Komissiyası yay vaxtına keçidin ləğv olunmasının nə dərəcədə məqsədəuyğun olduğunu araşdırır. Day.Az Trend-ə istinadən bildirir ki,  bu barədə "Frankfurter Allgemeine Zeitun" qəzeti məlumat verir.

Avropa Komissiyası yay vaxtının ləğv olunması məsələsini araşdırır

Azərbaycanca, 29 октября 2017 00:03 (UTC +04:00) 605
Avropa Komissiyası yay vaxtının ləğv olunması məsələsini araşdırır

Day.Az представляет новость на азербайджанском языке

Avropa Komissiyası yay vaxtına keçidin ləğv olunmasının nə dərəcədə məqsədəuyğun olduğunu araşdırır.

Day.Az Trend-ə istinadən bildirir ki,  bu barədə "Frankfurter Allgemeine Zeitun" qəzeti məlumat verir.

"Avropa komissiyası artıq yay vaxtının ləğv olunmasına tələbatın nə dərəcədə olduğunu yoxlayır. Hal-hazırda məsələ bütün mövcud məlumatlar nəzərə alınmaqla öyrənilir", - deyə Komissiya nümayəndəsi bildirib.

Xatırladaq ki, Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən Azərbaycanda ötən ilin mart ayından etibarən yay vaxtına keçid ləğv olunub.

"Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Milli Elmlər Akademiyasının təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

"Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli 21 nömrəli qərarı ləğv edilsin", deyə qərarda bildirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости