ABŞ-ın dərman almamaq çağırışına Səhiyyə Nazirliyindən açıqlama

Day.Az представляет новость на азербайджанском языке

Səhiyyə nazirinin müavini Elsevər Ağayev ABŞ Dövlət Departamentinin öz vətəndaşlarına Azərbaycanda əməliyyat olunmamaları və dərmanlarını özləri ilə gətirmələri ilə bağlı etdiyi tövsiyəsinə münasibət bildirib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, E.Ağayev jurnalistlərə açıqlamasında bildirib ki, bu barədə məlumatları mətbuatdan oxuyub.

O qeyd edib ki, ABŞ Dövlət Departamentinin öz vətəndaşlarına Azərbaycanda əməliyyat olunmamaları və dərmanlarını özləri ilə gətirmələri ilə bağlı tövsiyə etməsi onların öz şəxsi fikirləri və seçimidir:

"Ancaq hər halda Azərbaycanda yaşayan Amerika və digər ölkələrin vətəndaşları məhz bizim ölkənin səhiyyə xidmətlərindən yararlanırlar. Hazırda Azərbaycanda dünyada icra olunan mürəkkəb əməliyyatlar həyata keçirilir. Həmçinin, ölkədə özəl səhiyyə də inkişaf edir. Belə tibb müəssisələrinin də sayı artır. Bu gün Azərbaycanda özəl fəaliyyətlə məşğul olan 870 səhiyyə ocağı, təxminən 2300-dən çox əczaçılıq müəssisəsi fəaliyyət göstərir. İstər dövlət, istərsə də dövlət müəssisəsi olsun, biz onlar arasında fərq qoymuruq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.