https://news.day.az/society/464839.html
"Sovetski" söküləcək: bəs sakinlər razıdırmı?
Day.Az представляет новость на азербайджанском языке.
Plana əsasən, ərazidə 10 mindən çox ev söküləcək. Ev sahiblərinə isə yaşayış sahəsinin hər 1 kvadrat metrinə 1500 manat veriləcək. Sakinlərin bu şərtlərlə razı olub-olmadığını bilmək üçün yollandıq həmin əraziyə. Məntəqəyə çatar- çatmaz narazılıq edənlər ətrafımıza toplaşdı. Hər ağızdan bir avaz eşitdik. Lakin təklif olunan şərtlərlə razı olan tapa bilmədik. Qərara gəldik bəzi evlərə baş çəkək. 91 yaşlı Eynal Əliyev deyir ki, bu binanın 116 yaşı var və 2010-cu ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi abidə kimi qeydiyyata alınıb, həmçinin sökülməyəcək binalar siyahısına aid edilib. 100 kvadrat metr sahəsi olan 4 otaqlı evin sökülməsi xəbəri isə onu sarsıdıb. Müsahibim deyir ki, mənə pul versələr də, gedib ev axtarıb almağa sağlamlığım imkan vermir.
Yəqin ki, bu ərazidə orta və əla təmirli evlər çoxdur. Sakinlər veriləcək məbləğin müqabilində şəhərin mərkəzində bu cür evə sahib ola biləcəklərinə heç də inanmır. Nəzərə alsaq ki, elə bu məntəqədə mənzillərin hər kvadrat metri 2500-3000 manatadır, bu zaman təklif ilə tələb arasında böyük ziddiyyət yaranır.
Növbəti daxil olduğumuz evlər isə 10-15 kvadrat metr arasında dəyişir. Natiq Səlimova məxsus bu mənzil 12 kvadrat metrdir. Deməli, ona veriləcək pulun məbləği 18000 manatdır. Belə olan təqdirdə sakinin ev ala bilməsi nə qədər realdır?
Milli.Az xəbər verir ki, suallara cavab almaq üçün, ANS yollanıb Yasamal rayon İcra Hakimiyyətinə, lakin içəri daxil olar-olmaz, məsul şəxs otağı tərk edərək burada çalışmadığını deyib binadan ayrıldı.
Ancaq otaqdakı işçilərdən biri daha cəsarətli olaraq, suallarımızı cavablandırdı. Vəzifəsini təqdim etmək istəməyən Təranə İbişova bildirdi ki, təkcə evlərin daxili hissəsi deyil, sakinin adına özəlləşdirilən həyətyanı sahələr varsa, bu zaman həmin yerlər də dəyərləndiriləcək. Ancaq hər halda deyilənlər hələlik sözdür. Əmələ gəldikdə hər şey daha aydın olacaq.

Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре