Bakının mərkəzində törədilən qətlin dəhşətli təfərrüatları - YENİLƏNİB - FOTO
Day.Az представляет новость на азербайджанском языке.
23:57
Bu gün Bakının mərkəzində, "Sahil" bağında törədilən qətlin bəzi təfərrüatları məlum olub.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, hadisə şahidlərinin virtualaz.org saytına verdiyi məlumata görə, bir nəfərin qətli ilə nəticələnən hadisənin baş verməsinə öldürülən şəxsin... iti səbəb olub.
Belə ki, öldürülən şəxs - 1989-ci il təvəllüdlü Həsən Namiq oğlu Həsənov öz iti ilə bağda gəzintiyə çıxıbmış. Onun iti cinayəti törədən və hadisə yerindən qaçan şəxsə hürüb. Elə mübahisə də bundan sonra düşüb. Mübahisə sonra davaya keçib. Bütün bu qovğa isə H.Həsənovun bıçaqlanaraq öldürülməsi ilə nəticələnib.
---------
22:26
Bakıda başı kəsilən gəncin kimliyi bilinib.
Milli.Az anspress-ə istinadən bildirir ki, Səbail rayon polis idarəsindən verilən məlumata görə, başı kəsilən şəxs 1989-cu il təvəllüdlü Həsən Namiq oğlu Həsənovdur.
Onun haqqında ətraflı məlumatlar dəqiqləşdirilir. Qatilin axtarışları hələ də davam edir.
Qeyd edək ki, bu gün axşam saatlarında "Sahil" metrosunun yaxınlığında iki gənc arasında mübahisə düşmüşdü. Mübahisə daha sonra davaya çevrilib və gənclərdən biri digərinin boyun nahiyəsindən bıçaqla başını kəsib. Gənc hadisə yerindəcə ölüb.
Qətli törədən gənc hadisə yerindən qaçıb. Cinayətin baş verdiyi yerə polis əməkdaşları cəlb olunub.
--------
20:19
Bakının mərkəzində axşam saatlarında qətl hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, hadisə "Sahil" metrosunun yaxınlığında qeydə alınıb. Gənc oğlan bıçaqlanaraq qətlə yetirilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik bilinmir.
Əldə etdiyimiz məlumata görə, hadisə baş verən zaman öldürülən oğlanın yanında gənc xanım olub. Qızın qətlə yetirilən şəxsin sevgilisi olduğu ehtimal edilir.
Güman olunur ki, oğlanı qız üstündə yaranan mübahisə zamanı öldürüblər.
Böyütmək üçün şəklə klikləyin.

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре