Reseptlərlə bağlı yeni QAYDALAR - VİDEO
Day.Az представляет новость на азербайджанском языке
"Xəzər xəbər"in məlumatına görə, Səhiyyə Nazirliyinin kollegiyasının oktyabrın 21-də qəbul etdiyi "Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları" , "Resept blankı formasi" və "Ödənişsiz resept blankı forması" təsdiqlənib.
Yeni qaydalar resept əsasında buraxılan dərman vasitələrinə reseptlərin yazılmasına və aptek təşkilatlarından buraxılmasına dair tələbləri müəyyən edir. Bu hansı tələblərdir və onların nə kimi faydaları olacaq?
Əvvəlki qaydalardan fərqli olaraq, yeni sənəddə əsas dəyişiklik reseptlərin yazılması ilə bağlıdır.
Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi deyir ki, dərman adının yazılmasına yalnız o halda icazə verilir ki, beynəlxalq patentləşdirilmiş adı yoxdur və tərkibində 3 və daha çox təsiredici maddə var. Digər hallarda isə vətəndaş öz büdcəsinə uyğun seçim imkanına malik olacaq.
Yeni qaydalar həkimlərin apteklərlə və farmaseftik şirkətlərlə işbazlığının da qarşısını alacaq. Reseptlərlə bağlı daha bir yenilik var: Bundan sonra adi reseptrlər 90 gün, ödənişsiz dərman vasitələrinə yazılan reseptlər isə 30 gün etibarlı olacaq. Yeni qaydalarda "Resept blankı forması" da öz əksini tapıb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

