Azərbaycan şou-biznesinin "qanlı bıçaq" olan məşhurları — SİYAHI

Day.Az представляет новость на азербайджанском языке:

Efir adamlarının efirdən kənardakı həyatları tamaşaçı üçün hər zaman maraqlı olub. Çünki insanlar pərəstiş etdikləri şəxslərin əslində necə olduqlarını, hansı problemlərlə yaşadıqlarını bilmək istəyirlər. Beləliklə, Ölkə.Az küsülü olan azərbaycanlı məşhurlarla bağlı yazını təqdim edir.

İlhamə QuliyevaFlora Kərimova sənətə demək olar ki, eyni vaxtda gəliblər. Amma bu günə kimi heç kim bu iki sənətkarın arasında uzun illərdir davam edən münaqişəsin əsl səbəbini bilmir.

Aktrisalar Bəsti CəfərovaZemfira Nərimanova da tay-tuşdurlar, hətta yanılmıramsa, tələbə yoldaşı olublar. Amma bu iki xalq artisti arasındakı intriqanın da tarixi ən azı 30 ildir. Hətta bir müddət öncə Cəfərovayla Nərimanovanın işlədikləri Akademik Milli Dram Teatrında saçyolduya çıxdıqları xəbəri yayılmışdı.

Əməkdar artist Vəfa Zeynalova ilə xalq artisti Məleykə Əsədovanın münasibətlərinin korlanması da "Azdrama"dan başlayıb. Deyilənlərə görə, Əsədova nisbətən gənc həmkarının tez müddətdə bir neçə əsas roll oynamasından qəzəblənib. Hər halda ən doğrusunu aktrisalar özləri bilir.

Aygün Kazımova ilə Röya davası isə müasir şou-biznesin "bəzəyidir". Yadınızdadırsa, bu iki sənətçi təxminən beş il öncə barışdıqlarını elan etdilər, hətta bir duet də oxudular. Amma sonradan hər şey əvvəlki vəziyyətinə qayıtdı.

Xalq artistləri Brilliant Dadaşova ilə Faiq Ağayevin də münasibətləri uzun illərdir sərindir. Bu iki sənətçinin niyə yola getməməsiylə bağlı isə dəqiq heç nə məlum deyil. Amma bu günə kimi öz təsdiqini tapmayan bəzi versiyalar səslənməkdədir.

Xalq artisti Flora Kərimova və əməkdar artist Cavanşir Məmmədov yaxın qohum olsalar da, bir-biri ilə danışmırlar. Belə ki, Məmmədov Kərimovanın dayısının oğludur. Amma Cavanşir Məmmədov mətbuata müsahibəsində bildirib ki, bibisi qızının siyasi düşüncələrini bəyənmədiyi üçün onunla ünsiyyəti kəsib.

Xalq artisti Firəngiz Mütəllimovanın kiminləsə yola getməməsi xəbəri yəqin ki, sizinçün də qəribə gəldi. Amma Firəngiz xanım uzun illərdir Məleykə Əsədova ilə küsülüdür.

Əməkdar artist Nicat Kazımov isə bir müddət öncə xalq artisti Cənnət Səlimovayla yola getmirdi. Amma sonradan bu iki rejissor arasında "sülh sazişi" imzalandı.

Röyanın yola getmədiyi digər sənətçi Elnur Məmmədovdur. Vaqif Gərayzadənin tələbələri olan bu iki sənətçinin davasının təməli Murad Dadaşovun aparıcısı olduğu "Maşın" şouda qoyulub.

Rejissor Aqil M.Quliyev də uzun müddətdir həmkarı Ülviyyə Könülü danışdırmır. Bu iki məşhurun münaqişəsinin səbəbi isə sırf şəxsi münasibətləridir. İddialara görə, Aqillə Ülviyyə bir müddət sevgi münasibətləri yaşayıblar və sonradan ayrılıblar. Bu ayrılıq isə sonradan bütün münasibətlərin pozulmasına səbəb olub.

Rəqsanə də şou-biznesin qalmaqallı simalarından hesab olunur. Onun küsülü olduğu bir neçə nəfər var ki, bu siyahıda keçmiş prodüseri Təranə Səmədova və müğənni Röya ilk pillələri tutur.

Aparıcı Vüsalə Kərimova ilə müğənni Xatirə İslamın münasibətləri isə "Günaydın" verilişində pozulub. Teleaparıcının Rüfət Axundovla bağlı verdiyi sual Vüsalə Kərimovanı özündən çıxarmışdı. Sonrakı məsələləri isə şərh etməyə ehtiyac yoxdur.

Əməkdar artist Lalə Məmmədova və dayısı qızı Lamiyə Novruzova da şou aləminin yola getməyənlərindəndir. Sənətçilərin münasibətlərinin nə zamandan gərgin olduğunu bilməsək də, Lamiyənin atasının dünyasını dəyişməsi bu münaqişəyə təkan vermiş oldu. Hətta Lamiyə atasının ölümündə Lalə Məmmədovanı ittiham etdi.

Teleaparıcılar Zaur BaxşəliyevNanə Ağamalıyeva da uzun illərdir məlum səbəblərdən küsülüdürlər.

Baxşəliyevin yola getmədiyi digər həmkarı isə keçmiş iş yoldaşı Xoşqədəm Baxşəliyevadır.

Teymur Əmrahla Flora Kərimova bir zamanlar çox mehriban idilər. Ancaq son illər iki sənətkarın arasından soyuq rüzgar əsib

Natəvan HəbibiAygün Kazımova intriqası isə illər öncə baş tutan bir yarışmadan başlayıb. Natəvanın qalib gəlməsini həzm edə bilməyən xalq artisti sonradan onun barəsində qeyri-etik ifadələr işlətmişdi.

NazəninTəranə Qumral qalmaqalı isə yenicə qızışır. Qarşılıqlı ittihamlarla yadda qalan "müharibə" hazırda məhkəmə müstəvisində davam edir.