Ramil Usubov generalın qardaşı oğluna yeni vəzifə verdi

Day.Az представляет новость на азербайджанском языке

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Dövlət Yol Polisi sistemində daha bir dəyişiklik edilib. 

Day.Az avtosfer.az-a istinadla xəbər verir ki, nazirin əmri ilə Hacıqabul Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi, polis kapitanı Emin Musayev tutduğu vəzifədən azad olunaraq Goranboy rayon Dövlət Yol Polisi Bölməsinin rəisi təyin edilib.

Qeyd edək ki, Emin Musayev mərhum general Rasim Musayevin qardaşı oğludur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.