https://news.day.az/azerinews/1103644.html Nazir: "Əhaliyə xidmət keyfiyyətini daha da yaxşılaşdıracağıq" Day.Az представляет новость на азербайджанском языке Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda sosial müdafiə, sosial təminat sistemi dayanmadan genişləndirilir, inkişaf etdirilir.

Nazir: "Əhaliyə xidmət keyfiyyətini daha da yaxşılaşdıracağıq"

Azərbaycanca, 19 марта 2019 16:45 (UTC +04:00) 867
Nazir: "Əhaliyə xidmət keyfiyyətini daha da yaxşılaşdıracağıq"

Day.Az представляет новость на азербайджанском языке

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda sosial müdafiə, sosial təminat sistemi dayanmadan genişləndirilir, inkişaf etdirilir.

Day.Az Trend-ə istinadən bildirir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bilgəhdəki Müharibə və əmək əlilləri üçün pansionatda Novruz bayramı münasibətilə keçirilən görüş zamanı deyb.

Nazir birldirib ki, təkcə Prezident İlham Əliyev tərəfindən bu il verilən sərəncamlar, bu sahədə atılan addımlar, görülən işlər inqilabi xarakter daşıyır:

"Müxtəlif müavinətlərin, təqaüdlərin 2 dəfədən çox, əmək haqları və pensiyaların 40 faizdən çox artırılması həqiqətən də inqilabi addımlardır və birbaşa Azərbaycan vətəndaşlarının güzəranının yaxşılaşmasına yönəlib".

S.Babayevin sözlərinə görə, sosial təminat, sosial müavinət sisteminin mütəmadi inkişafa ehtiyacı var:

"Daim təkmilləşmə işləri apararaq müxtəlif kateqoriyadan olan əhaliyə xidmət keyfiyyətini daha da yaxşılaşdıracağıq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости