Peru millisinin sabiq üzvü "Zirə"də

"Zirə" İtaliyanın "Parma" klubunun sabiq futbolçusunu transfer edir.

Milli.Az Fanat.az-a istinadən xəbər verir ki, bu barədə RPP nəşri məlumat yayıb. Məlumata görə, Bakı klubu perulu sol cinah futbolçusu Alvaro Ampueronu ilə anlaşıb. Son olaraq Perunun "Deportivo Munisipial" klubunda çıxş edən 27 yaşlı müdafiəçi ilə tezliklə rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, Alvaro Ampuero 2013-2014-cü illərdə "Parma"ya məxsus olub. O, bu müddətdə "Padova" və "Salernitana"ya icarəyə verilib. "Deportivo Munisipial"da isə Ampuero uzun müddət zədəli olduğu üçün 2019-cu ildə cəmi 8 matçda forma geyinib. O, Peru millisinə də çağırılıb və 9 qarşılaşmada forma geyinib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.