https://news.day.az/azerinews/1738514.html Əsgərlərimiz qar uçqununa düşüb, axtarış gedir - RƏSMİ Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Həmidov Ruslan Rüstəm oğlu və əsgər İmanov Əli Tariyel oğlu dumanlı hava şəraitində qar uçqununa düşüblər.

Əsgərlərimiz qar uçqununa düşüb, axtarış gedir - RƏSMİ

Azərbaycanca, 19 марта 2025 16:21 (UTC +04:00) 516
Əsgərlərimiz qar uçqununa düşüb, axtarış gedir

Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Həmidov Ruslan Rüstəm oğlu və əsgər İmanov Əli Tariyel oğlu dumanlı hava şəraitində qar uçqununa düşüblər.

Day.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin birgə məlumatında deyilir.

Bildirilir ki, hərbi qulluqçularımızın tapılması məqsədilə yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq dərhal zəruri axtarış tədbirlərinə başlanılıb.

Axtarış-xilasetmə tədbirlərinə Azərbaycan Ordusunun müvafiq bölmələrinin, Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin podratçı şirkətinin qüvvə, vasitə və xüsusi texnikaları cəlb edilib.

Axtarışın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости