https://news.day.az/azerinews/1763130.html "Klon"un aktyoru vəfat etdi - FOTO Braziliyanın tanınmış aktyoru Fransisko Kuoko 91 yaşında vəfat edib. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, məşhur sənətçi São Pauloda yerləşən Albert Eynşteyn xəstəxanasında dünyasını dəyişib. Bildirilir ki, aktyor bir neçə həftədir xəstəxanada müalicə alırdı və çoxsaylı orqan çatışmazlığı səbəbindən vəfat edib.

"Klon"un aktyoru vəfat etdi - FOTO

Azərbaycanca, 25 июня 2025 02:15 (UTC +04:00) 551
"Klon"un aktyoru vəfat etdi

Braziliyanın tanınmış aktyoru Fransisko Kuoko 91 yaşında vəfat edib.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, məşhur sənətçi São Pauloda yerləşən Albert Eynşteyn xəstəxanasında dünyasını dəyişib.

Bildirilir ki, aktyor bir neçə həftədir xəstəxanada müalicə alırdı və çoxsaylı orqan çatışmazlığı səbəbindən vəfat edib.

Qeyd edək ki, Fransisko Kuoko 60 ildən çox davam edən karyerası ərzində bir çox film və seriallarda rol alıb. "Klon", "Daş cəngəllik", "Ölümcül günah", "Yeni qurban", "Astro", "Tropikanka"nı bunlara misal çəkmək olar.Onun ölümü Braziliya mədəniyyət dünyasında böyük kədər doğurub.

  • "Klon"un aktyoru vəfat etdi
  • "Klon"un aktyoru vəfat etdi
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости