https://news.day.az/azerinews/1772181.html Canlı yayımda itkin düşən qızın meyiti TAPILDI - VİDEO Braziliyada 13 yaşlı qızın itkin düşməsi ilə bağlı reportaj hazırlayan jurnalist çəkiliş zamanı gözlənilməz hadisə ilə üzləşib. Day.Az Bizim.Media-ya istinadən xəbər verir ki,13 yaşlı məktəbli qız iyun ayında dostları ilə çaya gedərkən yoxa çıxıb.

Canlı yayımda itkin düşən qızın meyiti TAPILDI - VİDEO

Azərbaycanca, 5 августа 2025 12:37 (UTC +04:00) 448
Canlı yayımda itkin düşən qızın meyiti

Braziliyada 13 yaşlı qızın itkin düşməsi ilə bağlı reportaj hazırlayan jurnalist çəkiliş zamanı gözlənilməz hadisə ilə üzləşib.

Day.Az Bizim.Media-ya istinadən xəbər verir ki,13 yaşlı məktəbli qız iyun ayında dostları ilə çaya gedərkən yoxa çıxıb. Onun itməsindən sonra əraziyə çəkiliş üçün jurnalist Lenildu Frazao və komandası gəlib.

Frazao reportaj zamanı çayın içərisinə daxil olub və qəfil dibdə nəsə hiss etdiyini deyib:

"Mənə elə gəlir, burada, dibdə nəsə var. Yox, mən ora getmirəm, qorxuram", - deyə jurnalist kameralar qarşısında bildirib.

Daha sonra hadisə yerinə çağırılan dalğıclar çayda araşdırma aparıb və uzun müddətdir axtarılan məktəblinin cansız bədənini tapıblar. Qızın meyitinin uzun müddət tapılmamasının səbəbi çaydakı güclü axın və dərinliklərdəki çoxsaylı yarğanlar olub.

Hadisə Braziliyada böyük rezonans doğurub. 

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости