https://news.day.az/azerinews/1848932.html
Çexiyada da məktəblərdə mobil telefon istifadəsi qadağan ediləcək
Çexiya məktəblərində mobil telefonların istifadəsini qadağan edəcək qanun layihəsi hazırlanır.
Çexiyada da məktəblərdə mobil telefon istifadəsi qadağan ediləcək
Çexiya məktəblərində mobil telefonların istifadəsini qadağan edəcək qanun layihəsi hazırlanır.
AZƏRTAC Çexiya mətbuatına istinadən xəbər verir ki, Baş nazir Andrey Babiş və Təhsil naziri Robert Plaqa tərəfindən hazırlanan qanun layihəsi bağçalarda, ibtidai məktəblərdə, orta məktəblərdə və çoxillik liseylərdə mobil telefonların və digər elektron rabitə cihazlarının istifadəsini qadağan edəcək.
Qaydanın fasilələri və dərsdənkənar proqramları da əhatə edəcəyi bildirilir.
Uşaq Hüquqları üzrə Ombudsman Martin Benes təklifə qarşı çıxıb və məktəblərin telefon istifadəsini öz daxili qaydaları çərçivəsində tənzimləmək səlahiyyətinə malik olduğunu iddia edib.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре