https://news.day.az/azerinews/1852336.html Ağcabədidə qəza: Sürücü ölüb, sərnişin xəsarət alıb Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ağcabədidə qəza: Sürücü ölüb, sərnişin xəsarət alıb

Azərbaycanca, 6 августа 2026 09:28 (UTC +04:00) 259
Ağcabədidə qəza: Sürücü ölüb, sərnişin xəsarət alıb

Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, 1986-cı il təvəllüdlü Musayev Eldəniz Eldar oğlu etibarnamə əsasında idarə etdiyi, Rüstəm Müzəffər oğlu Əliyevin mülkiyyətində olan "Naz Lifan" markalı avtomobillə Salmanbəyli kəndi istiqamətindən Ağcabədi şəhərinə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil əsas yoldan çıxıb.

 

Qəza nəticəsində sürücü Eldəniz Musayev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Avtomobildə sərnişin qismində olan avtomobil sahibi Rüstəm Əliyev isə başın təpə nahiyəsinin kəsilmiş-soyulmuş yarası xəsarəti alıb.

Faktla bağlı ibtidai istintaq aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости